10:32 02-03-2015
news_image
1171
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires” səfər qələbəsi ilə 3-cü yerə yüksəldi

Ümumdünya Boks Seriyasının (WSB) VII turunun döyüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin idman şərəfini qoruyan “Baku Fires” Argentinada “Argentina Condors” komandası ilə qarşılaşıb.

 

Təmsilçimiz cari mövsümdə ilk dəfə səfər qarşılaşmasında qalib gəlib - 4:1. Komandamız bununla da 3-cü pillədəki yerini də qaytarıb.

 

Argentina Condors - Baku Fires

 

49 kq. Leandro Zarate – Məhəmməd İbiyev – 3:0 (49:46, 49:46, 49:46).

56 kq. İqnasio Perrin – Məhəmməd Qurbanov - 0:3 (46: 49, 45:50, 45:50).

64 kq. Leandro Amitrano – Heybətulla Hacəliyev – 0:3 (45:50, 45:50, 43:50).

75 kq. Alberto Lebenstajn – Nikolay Veselov – 0:2 (47:48, 46:49, 45:50).

91 kq. Daniel Blanş – Abdulqadir Abdullayev – 0:3 (41:50, 44:50, 43:50).

 

B qrupunda digər nəticələrə gəlincə, “Astana Arlans” doğma divarlar arasında “İtalia Thunder”i 3:2 hesabı ilə məğlub edib. “Puerto Riko Hurricanes” USA “Knockouts” üzərində 3:2 hesabı ilə qələbə qazanıb. “Rafako Hussars Poland” isə səfərdə “Caciques Venezuela” komandasına 2:3 hesabı ilə uduzub.

 

Turnir cədvəli:

1. Astana Arlans – 21 xal, döyüşlərin fərqi (29-6)

2. USA Knockouts –16, (20-15)

3. Baku Fires – 14, (22-13)

4. İtalia Thunder – 13, (19-15)

5. Puerto Riko Hurricanes – 11, (14-21)

6. Caciques Venezuela – 10, (14-21)

7. Rafako Hussars Poland - 7, (14-21)

8. Argentina Condors – 1, (7-27)

 

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 7-də Milanda “İtalia Thunder”ə qarşı keçirəcək.