16:42 03-03-2015
news_image
615
DİGƏR NÖVLƏR

“Qəbələ”də 96 min 500 dollarlıq yarış

“Qəbələ” Atıcılıq Klubunda təşkil olunacaq stend atıcılığı üzrə Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirinin tarixi açıqlanıb. Klubdan apasport.az saytına verilən məlumata görə, yarışlar mayın 15-24-də təşkil olunacaq.

 

Turnirin ümumi mükafat fondu 96 min 500 ABŞ dolları təşkil edəcək.

 

Qeyd edək ki, ötən il analoji turnirdə yığmamızla yanaşı, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistandan 150-yə yaxın snayper dairəvi və səngər stend növləri üzrə öz dəqiqliklərini yoxlamışdılar. Turnirin ümumi mükafat fondu 81 min ABŞ dolları idi.