09:20 04-03-2015
news_image
330
TOP OYUNLARI

Fransa zəfərinin güclüləri - FOTO

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”u çərçivəsində “Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşün ən dəyərli voleybolçusu Katarjina Skovronska seçilib.

 

“Rabitə”nin polşalı legioneri rəqib oyunçu Helene Şreklə eyni - 22 xal toplamaqla, bombardirlik yarışında da birinci yerə şərik olub.

 

Zoran Qayiçin digər yetirmələrindən Yoana Palasio Mendoza 15, Foluke Akinradevo 13, Auera Kruz 11, Tori Dikson 8, Xiselye da Silva Franko 5 və Nutsara Tomkom 1 xal toplayıb.

 

Qeyd edək ki, Fransada baş tutan qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “Rabitə” cavab oyununa martın 12-də çıxacaq.