12:32 04-03-2015
news_image
562
DİGƏR NÖVLƏR

Yığmamızın Ərəbistana aparacağı heyəti açıqlandı

Martın 19-da Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 10 gün davam edəcək yarışda Azərbaycan millisi də qatılacaq.

 

Yığmamız heyətində Paşa Əhədpur, Emin Cəfərov, Nurlana Cəfərova (hər üçü skit), Əlimirzə Quliyev, Elvin İsmayılov və Alina Rafiqxanova (hər üçü trap) hədəf önünə keçəcəklər.

 

Qeyd edək ki, yarışda 65 ölkədən 397 atıcı dəqiqliyini yoxlayacaq.