15:40 04-03-2015
news_image
257
TOP OYUNLARI

"Məktəbli Kuboku"nun qalibi müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyası və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "5 mart - Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş "Məktəbli Kuboku" yarışı keçirilib. Apasport.az saytının xəbərinə görə, yarışda Səbail rayonunun 12 məktəbinin komandası mübarizə aparıb.

Reqlamentə əsasən, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 132-134 saylı orta məktəbin komandası bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2 saylı Texniki-Humanitar litseyin velosipedçiləri gümüş, 239 saylı orta məktəbin kollektivi isə bürünc medal əldə edib.

Mükafata layiq yerlər tutmuş komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər. Mükafatları federasiyanın baş katibi Fərhad Əliyev və Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov təqdim edib.

Xatırladaq ki, ötən ilin dekabrında federasiya tərəfindən Nərimanov rayonunun məktəbləri arasında da pilot layihəli "Məktəbli Kuboku" turniri təşkil edilmişdi. Bütün bu yarışlar isə ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.