15:16 05-03-2015
news_image
408
DİGƏR NÖVLƏR

Bədən tərbiyəsi və İdman günü münasibətilə veloyürüş - FOTOSESSİYA

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdü. Apasport.az saytının məlumatına görə, bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında 4 mart, 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.

 

Bununla əlaqədar, tərkibində Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmilərinin də olduğu idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda olaraq ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsinə olan ehtiramlarını bildiriblər.

 

Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gedərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının xatirəsini yad ediblər.

 

Ardınca Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş baş tutub. Tərkibində müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvlərinin də olduğu 50-dən artıq velosipedçi Şəhidlər Xiyabanından başlamaqla Hüseyn Cavid prospekti ilə yürüş keçirib. Veloyürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.