09:17 06-03-2015
news_image
327
TOP OYUNLARI

Natalya Məmmədova İstanbulda üzüldü

Qadın voleybolçular arasında Çempionlar Liqasında II pley-off mərhələsinin ilk oyunları təşkil olunub. Apasport.az saytının məlumatına görə, baş tutan hər 3 qarşılaşmada ev sahibləri çətinlik çəkmədən qələbə qazanıblar.

 

Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın da İstanbul səfəri uğursuz alınıb. Təmsilçimizin şərəfini qoruduğu “Volero” “Əczaçıbaşı” qarşısında aciz qalıb – 0:3. Məmmədova qarşılaşmada 7 xal toplayıb.

 

II pley-off mərhələsində “Azəryol”u mübarizədən kənarlaşdıran “Yamamay” da “quru hesablı” qələbə qazanıb. Busto Arsizo təmsilçisi gözlənilmədən Moskva “Dinamo”sunu 3:0 hesabı ilə məğlub edib.

 

 

Çempionlar Liqası

II pley-off mərhələsi, ilk oyun

“Əczaçıbaşı” (Türkiyə) – “Volero” (İsveçrə) – 3:0 (25:21; 25:19; 25:22)

“Vakıfbank” (Türkiyə) – “Fənərbaxça” (Türkiyə) – 3:1 (25:23; 28:26; 19:25; 25:16)

“Yamamay” (İtaliya) – “Dinamo” (Rusiya, Moskva) – 3:0 (25:14; 25:22; 25:18)

 

Qeyd edək ki, cavab matçları martın 12-də olacaq.