14:56 07-03-2015
news_image
375
DİGƏR NÖVLƏR

Maksim Averin titulunu qorumağa çalışacaq

Bu gün Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı "Porec Trophy" yürüşü keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" da mübarizə aparacaq.

 

Birgünlük yarışda iştirakçılar 143 km məsafə qət edəcəklər. Ötənilki "Porec Trophy" turnirinin qalibi, Azərbaycanın Elit yığması və "Synergy Baku"nun üzvü Maksim Averin də bugünkü yarışda mübarizə aparmaqla titulunu qorumağa çalışacaq. Ona bu işdə İsmayıl İlyasov, Markus Eybeger, Yannis Tamuridis və Dennis van Vinden yardım edəcək.

 

"Porec Trophy" turnirinin də Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verdiyini nəzərə alsaq, mübarizənin kifayət qədər gərgin keçəcəyini söyləmək olar. Qeyd edək ki, Maksim Averin bunadək "İzola" Qran-Prisində 5-ci olmaqla 10, "Umag Trophy" yürüşündə isə 2-ci olmaqla 30 lisenziya xalı qazanmışdı.