02:09 08-03-2015
news_image
1679
DÖYÜŞ NÖVLƏRİ

Bəxtiyar Abbasov vətənə qayıtdı - VİDEO

Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində yerli Aleksandr Boykoya qalib gələn Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov dünən gecə vətənə dönüb. Apasport.az saytının məlumatına görə, döyüşçümüzü "Qəbələ" azarkeşləri və media nümayəndələri qarşılayıb.

 

Hava limanında media nümayəndələri üçün brifinq təşkil olunub.