13:13 10-03-2015
news_image
3221
TOP OYUNLARI

"Bakıda məni ən çox təəccübləndirən..." - yunanıstanlı voleybolçu

“Bakıda məni ən çox təəccübləndirən sürücülərin avtomobili idarə etmələridi. Burada maşın sürməyə qorxuram”. Apasport.az saytının məlumatına görə, bunu Yunanıstan millisinin voleybolçusu Evangeliya Çantava deyib.

 

“Lokomotiv”in şərəfini qoruyan 25 yaşlı hücumçu Bakı klubu və paytaxtımız barədə danışıb. Atasının arzusu ilə idmanın bu növünü seçən Çantava bildirib ki, “dəmiryolçular”ın heyətində hər şey onu qane edir: “Lokomotiv”i digər klublardan onunla fərqlənir ki, burada rəhbərlik komandaya çox yaxındı. İndiyə kimi oynadığım kollektivlərin heç birində buna rast gəlməmişəm. Bu, oyunçulara özlərini daha sərbəst hiss etməyə və yaxşı oynamağa imkan yaradır.

 

Komandasının fanatlarından məmnun qalan voleybolçu onlara mesaj da göndərib: “Onlar möhtəşəmdi. Bizi dəstəkləmək üçün hər zaman oyunlarımızı izləyirlər. Biz bir-birimizə çox yaxınıq və buna görə uğur həmişə bizim tərəfimizdə olacaq. Azarkeşlər haqqımda bilməlidi ki, çox nəzakətliyəm. Peşəkar voleybol oynamağa başlayandan az da olsa belə dəyişməmişəm. Daima mübarizə aparıram və heç vaxt təslim olmuram. Hətta ən çətin vəziyyətlərdə belə. Çünki uğursuz olmağı xoşlamıram”. 

 

Çantava voleybolda unikallığı komanda ruhunda görür: “Voleybol oynayanda nəsə qeyri-adi bir şey baş verir. Digər idman növlərində buna rast gəlmək olmur”.