15:54 10-03-2015
news_image
387
TOP OYUNLARI

Zoran Qayiç CEV kubokundakı hədəflərini açıqladı

“Rəqibimiz çox güclü komandadı. Bu üzdən də bu qarşılaşmaya çox yaxşı hazırlaşırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.

 

Təcrübəli mütəxəssis CEV kubokunun “Çelenc raund”unda Fransa “Beziers”i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Serbiyalı çalışdırıcı bildirib ki, ilk matçla müqayisədə cavab görüşündə daha gözəl oyun nümayiş etdirəcəklər: “Biz Fransa təmsilçisinə qarşı ilk matçdakından daha yaxşı oynayacağımızı gözləyirik. Yeganə məqsədimiz azarkeşlərimizi sevindirib, rəqibimizi ikinci dəfə məğlub etməkdi. İndi hədəfimiz CEV kubokunu qazanmaqdı”.

 

Qeyd edək ki, səfərdə baş tutan oyunda 3:1 hesabı ilə qalib gələn  Azərbaycan çempionu ikinci görüşünə martın 12-də çıxacaq.