23:04 10-03-2015
news_image
294
DİGƏR NÖVLƏR

UEFA-dan Əfqanıstana yardım

UEFA Əfqanıstana yardım edəcəyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu sözügedən ölkədəki fiziki reabilitasiya fəaliyyətlərinə dəstək vermək məqsədiylə Beynəlxalq Qızıl Xaç Komitəsinə 100 min avro pul verəcəyini bildirib.

 

Pulu isə “UEFA ilin komandası”na seçilən “Real”ın futbolçuları Kriştianu Ronaldo və Toni Kroos təqdim edəcək.