09:12 11-03-2015
news_image
844
TOP OYUNLARI

“Qalatasaray”dan sensasiya, ruslar şokda

CEV kubokunun yarımfinal mərhələsinin ilk cütü məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə”nin də mübarizə apardığı yarışda Türkiyənin “Qalatasaray” və Polşanın “Atom” klubları mərhələ adlayıblar.

 

Belə ki, istanbullular Çempionlar Liqasından CEV kubokuna enən “Omiçka”ya bu yarışı da çox görüblər. Səfərdə 0:3 hesabı ilə uduzan “Qalatasaray” evdə 3:1 hesabı ilə qalib gəldiyindən cütün taleyi “Qızıl set”də həll olunub. Burada isə ruslar uduzaraq, avrokubokla vidalaşıblar.

 

Sopot təmsilçisi isə Çempionlar Liqasında “Azəryol”la eyni qrupda yer almış və mübarizəni CEV kubokunda davam etdirən “Ştiinta”ya qalib gəlməkdə hansısa çətinlik çəkməyib. Rumıniyada 3:0 hesabı ilə qələbə qazanan “Atom” doğma divarlar arasında da eyni uğura imza atıb.  

 

Qeyd edək ki, yarışda digər yarımfinal cütü sabah bəlli olacaq. Azərbaycan çempionu səfərdə 3:1 hesabı ilə məğlub etdiyi “Beziers”i (Fransa), “Nant” (Fransa) isə səfərdə 0:3 hesabı ilə uduzduğu “Dinamo”nu (Rusiya, Krasnodar) qəbul edəcək.

 

CEV kuboku

“Çelenc raund”, cavab oyunları

“Qalatasaray” (Türkiyə) – “Omiçka” (Rusiya) – 3:1 (25:13; 25:27; 25:23; 25:15)

Qızıl set: 15:12

İlk oyun: “Omiçka” (Rusiya) – “Qalatasaray” (Türkiyə) – 3:0 (25:19; 28:26; 25:22)

 

“Atom” (Polşa) – “Ştiinta” (Rumıniya) – 3:0 (25:14; 25:17; 25:13)

İlk oyun: “Ştiinta” (Rumıniya) – “Atom” (Polşa) – 0:3 (15:25; 21:25; 18:25)