10:05 11-03-2015
news_image
406
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovlar rəqiblərini mat qoydular

İslandiyada şahmat üzrə “Reykyavik Open” turnirinə start verilib. Apasport.az saytına verilən məlumata görə, yarışa qatılan Azərbaycan millisinin liderləri Şəhriyar və Zeynəb Məmmədyarovlar ilk turu qələbə ilə başa vurublar.

 

Şəhriyar (2756) özündən qat-qat zəif olan fransalı Qreqori Luksu (2065) mat edib. Qrossmeysterimizin bacısı Zeynəb (2303) də 1 xal qazanmaqda çətinlik çəkməyib. Həmyerlimiz Maksimilian Boqutla (Polşa, 1697) dueldən asan qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, 37 ölkədən 150 şahmatçının mübarizə apardığı turnirdə bu gün II turun oyunları baş tutacaq. Şəhriyar islandiyalı Daqur Raqnarssonla (2347), Zeynəb fransalı Matthieu Kornette (2585) ilə üz-üzə gələcək.