14:59 11-03-2015
news_image
243
TOP OYUNLARI

“Rabitə”: Yarımfinalın astanasında

Sabah qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”una yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, mərhələnin son günündə Azərbaycan çempionu “Rabitə” Fransa “Beziers”ini qəbul edəcək.

 

Zoran Qayiçin yetirmələri matçın aşkar favoritidi. Çünki səfərdə 3:1 hesabı ilə qalib gələn komandamızın Bakıda bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. “Rabitə” ötən il Çempionlar Liqasının qrup mərhələsində olduğu kimi fransalıları hər 2 görüşdə məğlub etmək gücündədi.

 

Avrokubokda yeganə komandamız məğlub olacağı halda da mübarizəni davam etdirə bilər. 2 setdə qələbə “Rabitə”ni yarımfinala yüksəldəcək. Əgər “Beziers” 3:0 və ya 3:1 hesabı ilə qalib gələrsə, cütün taleyi “Qızıl set”də həll olunacaq. Yəni, Bakı təmsilçisi istənilən halda rəqibindən daha şanslıdı.

 

“Rabitə” yarımfinala yüksələrsə, “Nant” (Fransa) – “Dinamo” (Rusiya, Krasnodar) cütünün güclüsü ilə qarşılaşacaq. Burada isə ruslar ilk matçda 3:0 hesabı ilə qələbə qazandıqlarından səfərdə də eyni uğuru təkrarlayacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, yarışda digər yarımfinal cütü bəllidi. Finalçılardan birini “Qalatasaray” (Türkiyə) – “Atom” (Polşa) duellində müəyyənləşəcək.

 

 

CEV kuboku

Çelenc raund, cavab oyunu

12 mart

17:00. “Rabitə” (Azərbaycan) - “Beziers” (Fransa)

Hakimlər: Nikos Evqeniuo (Kipr), Voyçieç Maroşek (Polşa)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 

İlk oyun: “Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan) - 1:3 (22:25; 28:26; 14:25; 21:25)