09:32 12-03-2015
news_image
452
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovdan 1 gündə 2 qələbə

İslandiyada şahmat üzrə “Reykyavik Open” turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci oyun günündə 2 tur baş tutub.

 

“Reykyavik Open”ə qələbə ilə başlayan Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov (2756) hər 2 matçdan qələbə ilə ayrılıb. O, islandiyalı Daqur Raqnarssonla (2347) isveçrəli Simon Bekker-Yensen (2462) mat etməkdə çətinlik çəkməyib.

 

Şəhriyardan fərqli, bacısı Zeynəb Məmmədyarova (2303) 2 qarşılaşmada 0,5 xal toplayıb. Fransalı Matthieu Kornette (2585) ilə xalları yarı bölən qrossmeysterimiz polşalı Zbiqniev Paklezaya (2498) uduzub.

 

3 turun yekununa əsasən maksimum nəticə göstərən Şəhriyar əlavə göstəricilərə görə 4-cü yerdə qərarlaşıb. Aktivində 1,5 xalı olan Zeynəb 125-cidi.

 

Qeyd edək ki, 37 ölkədən 150 şahmatçının mübarizə apardığı turnirdə bu gün IV turun oyunları baş tutacaq. Şəhriyar islandiyalı Hedinn Steynqrimssonla (2530), Zeynəb isə ispaniyalı Daima Benetlə (2044) üz-üzə gələcək.