13:05 12-03-2015
news_image
334
TOP OYUNLARI

Elxan Məmmədov yığma komanda ilə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov növbəti görüşünü keçirib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, E. Məmmədov bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

 

Baş katib Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

 

Qeyd edək ki, millimiz Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya, 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı II qrupun oyunları Bakıda təşkil olunacaq.