01:07 13-03-2015
news_image
492
TOP OYUNLARI

“Dinamo” Azərbaycan çempionuna rəqib oldu

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”una yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparan yeganə Azərbaycan klubu - “Rabitə”nin yarımfinalda rəqibi müəyyənləşib.

 

Bu, “Nant” (Fransa ) - “Dinamo” (Rusiya) duelində məlum olub. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn Krasnodar təmsilçisi cavab görüşündə də qələbə qazanıb - 3:0 (25:21; 25:17; 25:17).

 

“Rabitə” “Dinamo” ilə ilk oyununu martın 24-də səfərdə keçirəcək. Bakıdakı cavab matçı isə 4 gün sonra baş tuacaq. 

 

Qeyd edək ki, Zoran Qayiçin yetirmələri yarımfinal gedən yölda Fransa “Beziers”ini mübarizədən kənarlaşdırıb. Digər yarımfinal cütündə isə “Qalatasaray”la (Türkiyə)  “Atom” (Polşa) üz-üzə gələcək.