09:09 13-03-2015
news_image
297
TOP OYUNLARI

Natalya Məmmədova “Dördlər finalı”ndan kənar qaldı

Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Polşanın Şetsen şəhərində təşkil olunacaq həlledici mərhələdə 3 ölkənin 4 komandası mübarizə aparacaq.

 

Belə ki, Türkiyənin “Vakıfbank” klubu ardıcıl 3-cü dəfə “Dördlər finalı”na yüksəlib. İstanbulun digər təmsilçisi “Əczaçıbaşı” isə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero”ya “Qızıl set”də qalib gəlib. Təmsilçimiz 19 xal toplasa da, mübarizəni vaxtından əvvəl dayandırıb. Qonşu ölkənin 2 komandası yarımfinala vəsiqə qazandığından onlar bir-birinə rəqib olublar.

 

Ev sahibi “Ximik” isə İtaliya “Yamamay”ı ilə üz-üzə gələcək. I pley-off mərhələsində “Azəryol”a qalib gələn Busto Arsizo təmsilçisi bu dəfə Moskva “Dinamo”sunu yarışdan kənarlaşdırıb.

 

Qeyd edək ki, “Dördlər finalı”nın oyunları aprelin 4-5-də olacaq.

 

 

 

Çempionlar Liqası

II pley-off mərhələsi

 

“Volero” (İsveçrə) – “Əczaçıbaşı” (Türkiyə) – 3:1 (25:23; 24:26; 29:27; 25:19)

Qızıl set: 12:15

İlk oyun: “Əczaçıbaşı” (Türkiyə) – “Volero” (İsveçrə) – 3:0 (25:21; 25:19; 25:22)

 

“Fənərbaxça” (Türkiyə) – “Vakıfbank” (Türkiyə) – 3:2 (25:20; 25:20; 21:25; 15:25; 15:12)

İlk oyun: “Vakıfbank” (Türkiyə) – “Fənərbaxça” (Türkiyə) – 3:1 (25:23; 28:26; 19:25; 25:16)

 

“Dinamo” (Rusiya, Moskva) – “Yamamay” (İtaliya) – 0:3 (23:25; 19:25; 26:28)

İlk oyun: “Yamamay” (İtaliya) – “Dinamo” (Rusiya, Moskva) – 3:0 (25:14; 25:22; 25:18)

 

“Dördlər finalı”

“Vakıfbank” (Türkiyə) – “Əczaçıbaşı” (Türkiyə)

“Ximik” (Polşa) – “Yamamay” (İtaliya)