09:36 13-03-2015
news_image
466
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovlardan növbəti qələbə

İslandiyada təşkil olunan şahmat üzrə “Reykyavik Open” turnirində IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan həmyerlilərimiz  Şəhriyar və Zeynəb Məmmədyarovlar növbəti qələbələrini qazanıblar.

 

Belə ki, islandiyalı Hedinn Steynqrimssonla (2530) qarşılaşan Şəhriyar (2756) rəqibini mat etməkdə çətinlik çəkməyib. Zeynəb (2303) isə ispaniyalı Daima Benetə (2044) qalib gəlib.

 

Hazırda Şəhriyar 4 xalla 3-cü, hesabında 2,5 xalı olan Zeynəb 89-cu yerədi.

 

37 ölkədən 150 şahmatçının mübarizə apardığı turnirin V turunda Şəhriyar islandiyalı Steynn Qretarssonla (2554), Zeynəb isə fransalı Qreqori Luksla (2065) üz-üzə gələcək.