16:26 13-03-2015
news_image
359
DİGƏR NÖVLƏR

Lanqkavi turunda 6-cı mərhələ

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Malayziyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizəni davam etdirir. Velosiped Federasiyasından apasport.az saytına verilən xəbərə görə, 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 6-cı mərhələ başa çatıb.

Bu gün iştirakçılar 96.6 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərinin hamısı mərhələni liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 14 dəqiqə, 19 saniyə. Fotofinişə əsasən, ən yüksək göstərici Aleksandr Surutkoviçə məxsusdur - 13-cü yer. Elçin Əsədov isə 28-ci nəticə göstərib. Yeri gəlmişkən, Elçin ən yaxşı dağ velosipedçilərinin siyahısında ilk onluqda qərarlaşır. Sabah iştirakçılar 170 km məsafə qət edəcəklər.