19:12 15-03-2015
news_image

“Baku Fires”dən möhtəşəm qələbə

Ümumdünya Boks Seriyasının (WSB) IX turunda  Azərbaycanın “Baku Fires” klubu Quba Olimpiya Kompleksində Venesuelanın “Caciques Venezuela” komandasını qəbul edib. Apasport.az saytının məlumatına görə, komandamız görüşü tam üstünlüklə öz xeyrinə başa vurub - 5:0.  

 

Döyüşlərin nəticələri:

 Baku Fires – Caciques Venezuela

49 kq. Cavid Dadaşov – Martinez Kordova - TKO – I R3 00:59

56 kq. Məhəmməd Qurbanov  - Rodrigez Villavinçenzo  3:0 (49: 45, 50:53, 49:46)

64 kq. Heybətulla Hacəliyev – Arkon Diaz -  3:0 (50:45, 50:45, 50:45)

75 kq. Jaba Xositaşvili -  Korbaj Barrera  – 3:0 (50:45, 50:45, 49:46)

91 kq. Abdulqadir Abdullayev  –  Villi  Kyakonye – KO R1 2:10

 

B qrupunda digər nəticələrə gəlincə, “Astana Arlans” doğma divarlar arasında “Rafako Hussars Poland” komandasını 5:0 hesabı ilə məğlub edib. USA “Knockouts” səfərdə “İtalia Thunder”ə 0:5 hesabı ilə uduzub.  

 

Turnir cədvəli:

Astana Arlans  – 27 xal, döyüşlərin fərqi –(37-8)

Baku Fires  – 20, (31-14)

USA Knouckots  – 19, (25-20) 

İtalia Thunder  – 16, (25-19) 

Caciques Venezuela – 11,  (16-29) 

Puerto Rico Hurricanes – 11, (16-24)

Rafako Hussars Poland -  10 ,  (17-28)

Argentina Condors – 1, (7-32) 

 

“Baku Fires” növbəti görüşünü martın 21-də səfərdə “Astana Arlans”a qarşı keçirəcək.