13:57 16-03-2015
news_image

Milli komandamız İtaliyaya yollandı

Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız İtaliyaya təlim-məşq toplanışına yollanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.

 

Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq) , dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edir.

 

Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.

 

Millimizin tam heyəti belədi:

49 kq: Salman Əlizadə

52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə  

56  kq: Cavid Çələbiyev, Tayfur Əliyev

60 kq: Elvin İsayev

64 kq: Lorenzo Sotomayor

69 kq: Tamerlan Abdullayev

75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı

81 kq: Rauf Rəhimov

+91 kq: Məhəmmədrəsul Məcidov  

 

Qeyd edək ki, komandamız buna qədər Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan “İpək Yolu” turnirində mübarizə aparacaq.