15:28 16-03-2015
news_image
2813
TOP OYUNLARI

Marşall yığmamıza "hə" dedi!

Avropa Oyunları ilə bağlı Azərbaycan millisinə dəvət olunan daha bir legionerin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, iyunun 12-28-də Bakıda təşkil ediləcək Oyunlarda kişi basketbolçulardan ibarət 3X3 komandamıza amerikalı Marşall Mozes də cəlb olunub.

 

26 yaşlı basketbolçu artıq Azərbaycanda oynamasına razılıq verib və onun milliləşməklə bağlı vətəndaşlıq məsələsi də həllini tapıb. Karyerası ərzində İsrail və Polşada da legioner həyatı yaşayan Mozes artıq bir neçə ildi Türkiyədə çıxış edir. Hazırda bu ölkənin II liqasında çıxış edən “İstanbul Texnki Universiteti”nin formasını geyinən hücumçu 2011-ci ildə MBA-da oynamağa da yaxın olub. 198 sm boya malik perspektivli basketbolçu drafta düşsə də, heç bir komandaya keçə bilməyib.

 

Onun yığmamıza cəlb olunması hələlik əsas komandada yer alacağı deyil. Çünki baş məşqçimiz Elxan Əliyev saytımıza müsahibəsində milliyə cəlb olunacaq basketbolçuları bir daha yoxlayacağı və “dördlüyü” təxminən 8 oyunçu arasından seçəcəyini demişdi.

 

Qeyd edək ki, bunadək qadınlardan ibarət 3X3 komandamıza amerikalı Renara Tiffani Reys və yamaykalı Aneyka Henri də cəlb olunub.