18:06 16-03-2015
news_image
388
TOP OYUNLARI

“Rabitə” “Dinamo” ilə matçın başlama saatını açıqladı

“Rabitə”nin CEV kubokunun yarımfinal mərhələsi çərçivəsində Krasnodar “Dinamo”su ilə cavab görüşünün başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu rəqibini martın 28-də saat 17:00-da qəbul edəcək.

 

Qarşılaşma “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq.

 

Qeyd edək ki, Bakı klubu Rusiya təmsilçisi ilə ilk görüşünə martın 24-də çıxacaq. Krasnodarlılar bugünlərdə matçın başlama saatının açıqlamalıdı.