13:51 17-03-2015
news_image
3132
STOLÜSTÜ OYUNLAR

FİDE prezidenti: Ermənilərin Bakıya gəlmələrini təmin etmək mümkündü

“Yaxın günlərdə Azərbaycan və Ermənistan Şahmat Federasiyalarına müraciət edəcəm. Bu il nokaut sistemi üzrə Dünya Kuboku, gələn il isə Olimpiada Bakıda təşkil olunacaq. Biz çox istəyərdik ki, orada bütün güclü şahmatçılar iştirak etsin”. Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin prezidenti Kirsan İlyumjinov deyib.

 

O, ermənilərin Azərbaycanda keçiriləcək yarışlarda iştirakının tərəfdarı olduğunu açıqlayıb.

 

Rusiya mətbuatına müsahibə verən İlyumjinov onların həm bu il baş tutacaq Dünya Kuboku, həm də gələn il keçiriləcək Olimpiadada iştirakı üçün çalışacaqlarını qeyd edib. FİDE prezidenti bildirib ki, gələn ay Ermənistanda baş tutacaq komandalararası dünya çempionatından imtina edən Azərbaycandan fərqli, ermənilərin Bakıya gəlmələrini təmin etmək mümkündü: “Azərbaycan və Ermənistan millisinin üzvləri güclülərdən sayılırlar. Tək federasiya deyil, ölkə rəhbərlərinə də müraciət edəcəyik. Bir tərəf şahmatçıların bu yarışda iştirakına təsir etsin, digər tərəf isə onların təhlükəsizliyinin təmin olunmasına zəmanət versin”. 

 

Qeyd edək ki, Dünya Kuboku sentyabr-oktyabrda, Olimpiada isə gələn ilin sentyabrında olacaq.