14:54 17-03-2015
news_image
598
TOP OYUNLARI

“Çelenc Cup”ın yarımfinalı Bakıda?

Qadın voleybolçular arasında “Çelenc Cup”ın yarımfinal cütlərindən biri arasında ilk oyun Bakıda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri rusiyalı həmkarlarımız yayıb.

 

Onların iddiasına əsasən yarımfinalın Rusiyanın “Uraloçka” klubu ilə Ukrayna “Ximik”i arasında ilk görüş paytaxtımızda baş tuta bilər. İki ölkə arasında münasibətlərin gərgin olduğunu nəzərə alan CEV bu klubların hər iki görüşünü neytral meydanda keçirməyə qərar verib.

 

Lakin ilk oyunun ev sahibi olan Yekaterinburq təmsilçisi görüşün keçirilməsi ilə bağlı iki şəhərin namizədliyini irəli sürüb. Bunlar Bakı və Belarusun Mogilyov şəhərləridi. CEV martın 25-də baş tutmalı qarşılaşma ilə bağlı artıq bu həftə qərarını verməlidi.

 

Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına bildirilib ki, oyunu qəbul etməkdə çətinlik yoxdu: “Bizə bu barədə müraciət olunub və biz razılığımızı vermişik. Belə sülhməramlı missiyanı öz üzərimizə götürmək şərəfdi. Lakin yekun qərarı CEV açıqlayacaq”.

 

Qeyd edək ki, martın 29-da keçirilməli olan cavab oyununun da Bakıda keçirilməsi istisna deyil.