09:58 18-03-2015
news_image
710
DİGƏR NÖVLƏR

Şengeliya “Qəbələ”də - FOTO

“Hazırlığımız yüksək səviyyədə davam edir. Qəbələdə idmançıların mühüm yarışlara hazırlığı üçün bütün şəraitlər yaradılıb. Ümid edirəm ki, nə vaxtsa bizim də ölkədə belə bir klub və atıcılıq kompleksi olacaq”. Apasport.az saytının xəbərinə görə, bunu stend atıcılığı üzrə Gürcüstan millisinin baş məşqçisi Tariel Jqentin deyib.

 

Gürcüstan millisi Dubayda keçiriləcək Dünya Kubokuna “Qəbələ” atçılıq klubunda hazırlaşır. İkiqat dünya və Avropa çempionu Jqentinin rəhbərliyi altında beynəlxalq yarışların mükafatçı və qalibləri David Kvatadze, Givi Kvatadze, Givi Şengeliya, Mamuka Zarapişvili, İrakli Lomidze, Tengiz İmnaişvili və Vladimir Narçemaşvili təlim-məşq toplanışına qatılıb.

 

Bu şəraiti yaratdığı üçün “Qəbələ” rəhbərliyinə minnətdarlığını bildirən mütəxəssis bildirib ki, ölkəmizdə keçdiyi hazırlıq yetirmələrinin növbəti yarışlarda uğurlu çıxışına zəmin yaradacaq: “Burada insanların nə qədər mehriban, gülərüz və qonaqpərvər olduqlarını qeyd etməmək mümkün deyil. Mayda biz yenidən “Qəbələ”yə - Heydər Əliyev adına beynəlxalq Qran-Pri yarışlarına gələcəyik”.

 

Qeyd edək ki, gürcülər Qəbələdəki təlim-məşq toplanışını martın 19-da başa vuracaqlar.