10:27 18-03-2015
news_image
471
TOP OYUNLARI

Rusiya və Ukrayna klublarının Bakıda oynamasına icazə verilmədi

 

Avropa Voleybol Konfederasiyası (CEV) qadın voleybolçular arasında “Çelenc Cup”ın yarımfinalında “Uraloçka” (Rusiya) – “Ximik” (Ukrayna) görüşünün yerini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyası oyunun Bakıda keçirilməsinə razılıq versə də, CEV fərqli qərar qəbul edib.

 

Belə ki, Yekaterinburq təmsilçisi martın 25-də baş tutacaq ilk qarşılaşmanın Azərbaycanda və ya Belarusda təşkil olunmasını istəyib. Ukrayna və Rusiya arasında münasibətlərin gərgin olmasını nəzərə alan CEV isə Minsk şəhərinə üstünlük verib.

 

“Ximik” isə ev oyununu martın 29-da Polşanın Jeşuv şəhərində keçirəcək.