12:35 18-03-2015
news_image
2208
TOP OYUNLARI

Millimizin baş məşqçisi rəsmən Bakı klubunda! - EKSKLÜZİV

“Lokomotiv” voleybol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, hollandiyalı Teon Buijslə yollarını ayıran paytaxt təmsilçisi Azərbaycan üçün tanış simaya tapşırılıb.

 

Belə ki, “Lokomotiv”in “sükanı arxasına” Bülənt Karslıoğlu gətirilib. Kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Bakı klubunda da eyni vəzifəni icra edəcək. Türkiyəli mütəxəssislə mövsümün sonuna kimi razılıq əldə olunub. Onun növbəti mövsümdə də komandada qalması istisna edilmir.

 

Qeyd edək ki, “Lokomotiv” Buijsi istefaya göndərdikdən sonra – XVII tur çərçivəsində “Azərreyl”lə görüşə komandanı statistik-məşqçisi Sezar Ernandes çıxarmışdı və 3:1 hesabı ilə qələbə qazanmışdı.