15:15 18-03-2015
news_image
288
TOP OYUNLARI

Super Liqada həyəcan davam edir: Hamısı mövqeyini qorumaq arzusunda

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, fərqli məkanda baş tutacaq qarşılaşmalardan sonra turnir cədvəlində dəyişikliyin olacağı gözlənilmir.

 

Belə ki, mövsümə üçüncü baş məşqçi – Bülənt Karslıoğlunun rəhbərliyi altında çıxacaq “Lokomotiv” “Telekom”un qonağı olacaq. Təcrübəli voleybolçulardan qurulan “dəmiryolçular”ın gənc komanda qarşısında büdrəyəcəyi inandırıcı deyil. Onların ilk 3 dövrədəki kimi növbəti qələbəsini qazanacaqları və mövqelərini qoruyacaqları gözlənilir.

 

Lakin pley-offa yüksəlməyə iddialı olan Eldar Yusubovun komandasının da ən azı 1 xal üçün meydana çıxacaq. Çünki növbəti mərhələ şansını saxlayan və hazırda yaxşı forma yığan “Telekom” üçün hər set belə vacibdi.

 

Turun digər matçında “Azərreyl” “Azəryol”la münasibətinə aydınlıq gətirəcək. Bu cütdə də “yolçəkənlər” aşkar favoritdi. Həmçinin, son turda “Rabitə”yə məğlub olan “Azəryol” qələbə ilə xal itkisini sığortalamaq arzusundadı.

 

“Telekom” kimi “Azərreyl”ə də xal və ya set hava-su kimi lazımdı. Çünki hazırda 4-cü yerdə olan Vuqar Əliyevin yetirmələri mövqelərini qorumağa çalışacaqlar.

 

19 mart

XVIII tur

16:00. “Telekom” – “Lokomotiv”

“Gənclik” Olimpiya İdman Kompleksi

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 0:3 (19:25, 15:25, 22:25)

Üçüncü dövrə: “Lokomotiv” – “Telekom” – 3:0 (25:11; 36:34; 25:15)

 

18:00. “Azərreyl” – “Azəryol”

Voleybol Mərkəzi

 

İlk dövrə: “Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)

İkinci dövrə: “Azərreyl” – “Azəryol” - 0:3 (20:25; 16:25; 15:25)

Üçüncü dövrə: “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 25:22, 25:20)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

14

12

2

8

3

1

1

1

0

39-11

1197-991

36

2.

Lokomotiv

14

10

4

4

4

2

1

1

2

33-20

1199-1109

29

3.

Azəryol

14

9

5

5

3

1

2

2

1

33-20

1202-1117

28

4.

Azərreyl

14

2

12

0

1

1

1

3

8

11-39

988-1190

6

5.

Telekom

12

1

11

0

0

1

1

4

6

9-35

880-1059

3