15:34 18-03-2015
news_image
587
DİGƏR NÖVLƏR

Barselonada faciə: Maşında yanıb külə döndü - FOTO

İspaniyada təşkil edilən Ralli yarışında faciə baş verib. Apasport.az saytı xəbər verir ki, Malyorka şəhərində keçirilən yarış zamanı bir idmançı yanaraq həlak olub.

 

“Renault” komandasından Karlos İskarın idarə etdiyi avtomobil daşa dəydikdən sonra ağaca çırpılıb. Qəzanın ardından avtomobilin ön hissəsində başlayan yanğın qısa müddətdə hər tərəfi əhatə edib. Maşını tərk edə bilməyən köməkçi sürücü 31 yaşlı Xose Lumbrerars yanaraq ölüb.

 

Sürücü İskarın da bədəninin çox hissəsi yanıb. Hazırda Barselonada bir xəstəxanada olan idmançının vəziyyəti ağırdı.