20:09 19-03-2015
news_image
7743
TOP OYUNLARI

"Lokomotiv"dən asan gələbə, "Azəryol"dan gözlənilməz məğlubiyyət

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, fərqli məkanda baş tutan XVIII turun qarşılaşmalardan sonra turnir cədvəlində dəyişiklik olmayıb.

 

Belə ki, təcrübəli voleybolçulardan qurulan “Lokomotiv” gənclərdən ibarət “Telekom” qarşısında büdrəməyib. Mövsümdə üçüncü baş məşqçi – Bülənt Karslıoğlunun rəhbərliyi altında meydana çıxan “dəmiryolçular” yalnız ilk setdə çətin anlar yaşayıblar. Lakin Eldar Yusubovun yetirmələrinin təcrübəsizliyi rəqibin işinə yarayıb və matç 3:0 hesabı ilə “Lokomotiv”in xeyrinə başa çatıb.

 

Turun digər matçında “Azərreyl” “Azəryol”la münasibətinə aydınlıq gətirib. Bu cütdə “yolçəkənlər” aşkar favorit olsalar da, məğlubiyyətdən qaça bilməyiblər.

 

“Azəryol” ilk seti qazandıqdan sonra növbəti 2 hissədə uduzub. Buna baxmayaraq, onlar əzmkarlıq nümayiş etdirərək, yenidən status-kvonu bərpa ediblər – 2:2. Tay-brekdə isə “Azərreyl” üstün oynayaraq, mövsümdə 3-cü qələbəsini qazanıb.  

 

Beləliklə, XVIII turdan sonra turnir cədvəlində dəyişiklik olmayıb. “Rabitə”nin başçılıq etdiyi turnir cədvəlində yenə “Lokomotiv” ikinci, “Azəryol” üçüncüdü. Amma “Azərreyl”in “yolçəkənlər”ə qalib gəlməsi, onları ikinci pillədən 3 xal geri salıb.

 

XVIII tur

19 mart

“Azərreyl” – “Azəryol” - 3:2 (23:25; 25:17; 25:21; 21:25; 15:13)

Voleybol Mərkəzi

 

İlk dövrə: “Azəryol” – “Azərreyl” - 3:0 (26:24; 25:20; 25:16)

İkinci dövrə: “Azərreyl” – “Azəryol” - 0:3 (20:25; 16:25; 15:25)

Üçüncü dövrə: “Azəryol” – “Azərreyl” – 3:0 (25:21, 25:22, 25:20)

 

“Telekom” – “Lokomotiv” - 0:3 (21:25; 13:25; 22:25)

“Gənclik” Olimpiya İdman Kompleksi

 

İlk dövrə: “Lokomotiv” – “Telekom” - 3:1 (25:20; 21:25; 25:18; 25:19)

İkinci dövrə: “Telekom” – “Lokomotiv” - 0:3 (19:25, 15:25, 22:25)

Üçüncü dövrə: “Lokomotiv” – “Telekom” – 3:0 (25:11; 36:34; 25:15)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

14

12

2

8

3

1

1

1

0

39-11

1197-991

36

2.

Lokomotiv

15

11

4

5

4

2

1

1

2

36-20

1274-1226

32

3.

Azəryol

15

9

6

5

3

1

3

2

1

35-23

1303-1201

29

4.

Azərreyl

15

3

12

0

1

2

1

3

8

14-42

1097-1291

8

5.

Telekom

13

1

12

0

0

1

1

4

7

9-38

936-1134

3