13:07 19-03-2015
news_image
405
TOP OYUNLARI

Lenka Dürr: Mövqeyimizə qayıtmaq istəyirik

“Azərreyl”lə oyunda bizi yalnız qələbə qane edəcək. Çünki başqa yolumuz yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un voleybolçusu Lenka Dürr deyil.

 

Almaniyalı libero Azərbaycan Super Liqasının XVIII tur çərçivəsində “Azərreyl”lə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, hesabat turunda “Rabitə”yə uduzduqlarından bu dəfə onu sığortalamağa çalışacaqlar: “Biz ən azı əvvəlki mövqeyimizə qayıtmaq istəyirik. Çünki məğlubiyyətdən sonra 3-cü pilləyə enmişik. Bugünkü oyunda qələbə sayəsində də buna nail olmaq mümkündü”.

 

Qeyd edək ki, “Telekom”la oynayacaq “Lokomotiv” xal itirəcəyi halda, “Azəryol” qələbə sayəsində yenidən onları qabaqlaya bilər.