15:08 19-03-2015
news_image
505
DİGƏR NÖVLƏR

Dənizkənarı Milli Parkda Bakı-2015-in təqdimatı

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Onlar bayram şənliyində nümayiş etdirilən Bakı-2015 I Avropa Oyunları ilə bağlı təqdimata baxaraq, müxtəlif növlər üzrə idmançıların çıxışlarını izləyiblər.

 

Təqdimat mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri də olublar. Federasiyanın təqdimatı şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunlarının proqramına velosiped idmanının şosse, BMX və MTB növləri daxildir.