20:42 20-03-2015
news_image
345
TOP OYUNLARI

Hücumçumuzdan 35 xal

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova “Hyundai”nin heyətində Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçumuzun komandası pley-offun 1-ci oyununda “İBK Atlos”u sınağa çəkib.

 

Seul təmsilçisi bu gün baş tutan səfər qarşılaşmasında məğlub olub. Belə ki, meydan sahibləri 4 setdə qalib gəlib – 3:1 (25:14, 10:25; 25:23; 33:31).

 

Rəhimova komandasına 35 xal qazandırıb. 1 eysə nail olan təmsilçimiz blokda 3 xal əldə edib.