10:44 23-03-2015
news_image

Qazaxıstanda məğlubiyyət

Ümumdünya Boks Seriyasının (WSB) X turunda Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın Çimkənd şəhərində “Astana Arlans” komandası ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu görüşdə idmançıların fərdi reytinqi baxımından iki qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 60 kq çəki dərəcəsində Albert Səlimov rəqibini məğlub etsə də, təssüff ki, Pərviz Bağırov qələbə qazana bilmədi. Son döyüş heç bir əhəmiyyət kəsb etmədiyindən və Hacı Murtuzəliyev son anda heyətə daxil edildiyindən məşqçilər boksçumuzun sonadək mübarizə aparmasını məqsədə uyğun saymadılar.

 

Döyüşlərin nəticələri:

Astana Arlans – Baku Fires – 4:1

52 kq. Oljas Sattıbayev - Murad Rabadanov 3:0 (50:45, 50: 45, 50:45)

60 kq. Zakir Safiulin – Albert Səlimov 0:3 (47: 48, 46:49, 47:48).

69 kq. Kanaqat Maralov – Pərviz Bağırov 2:1 (46:49, 49:46, 48:47).

81 kq. Hrvoje Sep - Mixail Dauqalivets – 3:0 (50:44, 50:44, 50:44).

+91 kq. Filip Hrqoviç – Hacı Murtuzəliyev TKO R1 2:30

 

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 28-də Polşada “Rafako Hussars Poland” klubuna qarşı keçirəcək.