12:27 23-03-2015
news_image
535
TOP OYUNLARI

Polina Rəhimovadan Cənubi Koreya çempionatına vida

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında finalçıların adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” yarımfinal səddini aşa bilməyib.

 

Finalda EX-ə rəqib olmaq üçün “İBK Atlos”la üz-üzə gələn Seul təmsilçisi ikinci matçda da eynihesablı məğlubiyyətə üzülüb – 1:3 (21:25, 20:25, 25:22, 19:25).

 

Rəhimova qarşılaşmada 43 xal (38 hücum, 4 eys, 1 blok) toplasa da, “Hyundai” yarışla vidalaşıb və çempionatı üçüncü pillədə başa vurub.

 

Qeyd edək ki, 2 il öncə yığmamızın digər hücumçusu Yana Ağayeva da “Hyundai”nin heyətində eyni aqibəti yaşamışdı.