16:44 23-03-2015
news_image
488
DİGƏR NÖVLƏR

Dünya Kubokunda 3 idmançımız çıxışını başa vurdu

Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində stend atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına start verilib. Apasport.az saytının məlumatına görə, 10 gün davam edəcək birincilik Azərbaycan millisi üçün uğurlu başlamayıb.

 

Belə ki, yığmamızın üzvlərindən hədəf önünə keçən Əli Hüseynli, Əlimirzə Quliyev və Elvin İsmayılov ümidləri doğrultmayıblar. Trap növündə dəqiqliyini yoxlayan həmyerlilərimiz müvafiq olaraq, 90-cı (110 xal), 99-cu (109) və 108-ci (103) yerlərdə qərarlaşıblar.

 

Qarşıdakı günlərdə Niyaz Əlizadə, Paşa Əhədpur, Emin Cəfərov və Nurlana Cəfərova (hamısı skit) mübarizəyə qoşulacaqlar.

 

Qeyd edək ki, yarışda 65 ölkədən 397 atıcı dəqiqliyini yoxlayır.