16:51 23-03-2015
news_image
416
DİGƏR NÖVLƏR

Lunyov Cənubi Koreyaya yollanır

Aprelin 8-16-da Cənubi Koreyada güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda 1 snayperlə təmsil olunacaq.

 

Dünya Kubokunda hədəf önünə yığmamızın lideri Ruslan Lunyov keçəcək. 26 yaşlı atıcımız 10 və 25 m məsafələrə atışda nəyə qadir olduğunu yoxlayacaq.  

 

Qeyd edək ki, yarışa 67 ölkədən 927 idmançının qatılması gözlənilir.