17:13 25-03-2015
news_image
7155
TOP OYUNLARI

"Azəryol" IV dövrəni qələbə ilə bitirdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIX turun bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Telekom” “Azəryol”u qəbul edib.

 

Gözlənildiyi kimi, qonaqlar ev sahiblərinə şans verməyiblər. Beləliklə, “Azəryol” lV dövrədə özünün son oyununu qələbə ilə başa vurub. Komanda qalibiyyət sayəsində “Lokomotiv”lə xallarını bərabərləşdirsə də, set fərqinə görə Super Liqanın əsas mərhələsini üçüncü pillədə başa vuraraq, pley-off oyununu gözləyir.

 

Gənclərdən qurulan “Telekom” bu məğlubiyyətdən sonra “Azərreyl”lə sonuncu oyununun nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə yüksəlmək şansını itirib.

 

XIX tur

25 mart

“Telekom” – “Azəryol” 0:3 (21:25; 21:25; 10:25)

“Gənclik” Olimpiya İdman Kompleksi

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

15

13

2

9

3

1

1

1

0

42-11

1272-1034

39

2.

Lokomotiv

15

11

4

5

4

2

1

1

2

36-20

1274-1226

32

3.

Azəryol

16

10

6

6

3

1

3

2

1

38-23

1378-1253

32

4.

Azərreyl

15

3

12

0

1

2

1

3

8

14-42

1097-1291

8

5.

Telekom

15

1

14

0

0

1

1

4

9

9-44

1031-1284

3