17:45 26-03-2015
news_image
431
TOP OYUNLARI

Yığmamızın oyunlarının təqvimi müəyyənləşdi

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki oyunların vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Bolqarıstan və Farer adaları ilə birlikdə yer aldığı A qrupunun oyunlarının təqvimi açıqlanıb.

 

Qrupun ilk görüşü iyunun 12-də baş tutacaq. Həmin gün yığmamız Farer adaları ilə üz-üzə gələcək. Ertəsi gün ada təmsilçisi Bolqarıstanla qarşılaşacaq. İyunun 14-də isə millimiz bolqarıstanlı həndbolçuları sınağa çəkəcək.

 

Qeyd edək ki, yalnız qrup qalibi növbəti mərhələyə vəsiqə qazanacaq.