10:06 27-03-2015
news_image

Bakı klubu Qdanskda autsayderə qarşı

Martın 28-də Polşada Ümumdünya Boks Seriyasının (WSB) XI turu çərçivəsində “Baku Fires” “Rafako Hussars Poland” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Qdansk şəhərində baş tutacaq döyüş üçün artıq heyətlər məlumdu.

 

Komandamızın heyətində fərdi reytinqdə mövqeyini xal hesablarını artırmaq üçün Məhəmməd Qurbanov, Heybətulla Hacəliyev və Abdulqadir Abdullayev üçün bu qarşılaşma böyük əhəmiyyət kəsb edir. Cari mövsümdə 2 görüşdə məğlub olan Kozlovskini üstələmək reytinqdə 1-ci olan Qurbanova çətinlik yaratmamalıdı. Hacəliyev də Kivioru məğlub edə biləcək gücdədi. Polşa komandasının heyətində cari mövsümdə 91 kq çəki dərəcəsində Rain Karlson debüt edəcək. Fərdi reytinqdə 4-cü yeri tutan Abdullayev üçün bu qarşılaşma çətin olmamalıdı. “Rafako Hussars Poland” komandasında yalnız 75 kq çəki dərəcəsində Tomaş Yablonski fərdi reytinqin lideridi.

 

 

“Rafako Hussars Poland” – “Baku Fires”

49 kq. David Yaqodinski – Rəsul Saliyev

56 kq. Solvestr Kozlovski – Məhəmməd Qurbanov

64 kq. Damian Kivior - Heybətulla Hacəliyev

75 kq. Tomaş Yablonski – Jaba Xositaşvili

91 kq. Rain Karlson – Abdulqadir Abdullayev

 

Bu həftə B qrupunda “Caciques Venezuela” doğma divarlar arasında “Puerto Rico Hurricanes”komandasını qəbul edəcək. “İtalia Thunder” Milanda “Argentina Condors”la qarşılaşacaq. “Astana Arlans” isə USA “Knockouts”un qonağı olacaq.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 30 xal, (döyüşlərin nəticələri 41-9)

2. Baku Fires – 20, (32-18)

3. USA “Knockouts” – 18, (26-24)

4. İtalia Thunder” – 17, (27-22)

5. “Puerto Riko Hurricanes” – 17, (23-27)

6. “Venezuela Cacquez” – 14, (20-30)

7. “Rafako Hussars Poland” – 11, (19- 31)

8. “Argentina Condors” – 3, (11-38)

 

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.