17:07 27-03-2015
news_image
4869
TOP OYUNLARI

Zoran Qayiç: Məqsədimiz oyunu “Qızıl set”ə daşıyıb, onu qazanmaqdı

“Krasnodarda “Dinamo” ilə baş tutan ilk matçda demək olar ki, eyni səviyyədə oynadıq. Lakin son nəticədə əsasən top qəbulunda səhvlərimizə görə uduzduq”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Zoran Qayiç deyib.

 

Təcrübəli mütəxəssis CEV kubokunun yarımfinal mərhələsinin Krasnodar “Dinamo”su ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Qayiç bildirib ki, hədəfləri mərhələ adlamaqdı: “Sabah Bakıda keçiriləcək cavab görüşündə müsbət nəticə əldə etməyə, səhvsiz oynamağa çalışacağıq. Məqsədimiz oyunu “Qızıl set”ə daşıyıb, onu qazanmaqdı. Rəqibin güclü olduğunu bilirik. Buna görə də ikinci matçın daha gərgin keçəcəyini gözləyirik”.

 

Qeyd edək ki, səfərdə 1:3 hesabı ilə uduzan “Rabitə” rəqibini sabah saat 17:00-da qəbul edəcək.