22:34 27-03-2015
news_image

Bakıda döyüşdə idmançı öldü

Bu gün Hövsan Olimpiya Kompleksində ölüm hadisəsi qeydə alınıb. Apasport.az saytının məlumatına görə, saat 16 radələrində sözügedən məkanda keçirilən qaydasız döyüş zamanı idmançı dünyasını dəyişib.

 

Ölən idmançı Quba rayonunun 27 yaşlı sakini Ramin Zeynalovdur. Zeynalovun döyüş vaxtı öldüyünü təsdiqləyib. Daha dəqiqi, hadisə Hövsan Olimpiya Mərkəzində keçirilən qaydasız döyüş üzrə Azərbaycan çempionatı zamanı baş verib. Ölümün səbəbinin meyitin müayinəsindən sonra bəlli olacağı bildirilir. (anspress)