08:22 29-03-2015
news_image
620
TOP OYUNLARI

Yığmamızın hücumçusu İsveçrə kubokunu qazandı

Qadın voleybolçular arasında İsveçrə kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, həlledici matçda Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Volero” “Dudingen”lə üz-üzə gəlib.

 

Qarşılaşma təmsilçimizin komandasının asan qələbəsi ilə başa çatıb – 3:0 (25:13, 25:19, 25:12).

 

Qeyd edək ki, Sürix klubunun heyətində İsveçrə kubokunu başı üzərinə qaldıran Məmmədova ölkə çempionatını da qazanmağa yaxındı.