15:37 29-03-2015
news_image

Avropa çempionumuzdan növbəti medal - FOTO

Rusiyada taekvondoçular arasında olimpiya çəki dərəcələri üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, ilk dəfə təşkil olunan yarışda Azərbaycan millisi 1 medal qazanıb.

 

Komandamızın heyətində fəxri kürsüyə Radik İsayev qalxıb. +80 kq çəki dərəcəsində çıxış edən Avropa çempionumuz yalnız finalda rusiyalı Vladislav Larinə uduzduğundan, ikinci yerlə kifayətlənib. O, bununla da aktivinə 6 reytinq xalı əlavə edib.

 

Qeyd edək ki, millimiz Nalçikdə baş tutan yarışa 4 çəki dərəcəsində 7 idmançı ilə qatılmışdı.