20:46 29-03-2015
news_image

“Baku Fires" Polşadan qələbə ilə qayıdır

Ümumdünya Boks Seriyasının (WSB) 11-cu turunda Azərbaycanın “Baku Fires” klubu Polşanın Qdansk şəhərində “Rafako Hussars Poland” komandası ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Döyüşlərin nəticələri:

 

Rafako Hussars Poland – Baku Fires

49 kq. David Yaqodinski – Rəsul Saliyev 3:0 (49:45, 49: 45, 48:47)

56 kq. Silvestr Kozlovski – Məhəmməd Qurbanov 0:3 (45: 49, 46:49, 47:48).

64 kq. Damian Kivior – Heybətulla Hacəliyev 0:3 (45:50, 45:50, 46:49).

75 kq. Tomaş Yablonski - Jaba Xositaşvili – 2:1 (50:45, 47:48, 50:45).

91 kq. Rain Karlson – Abdulqadir Abdullayev TKO R2 1:37

 

Bu görüşdə idmançıların fərdi reytinqi baxımından üç qarşılaşma komandamız üçün böyük önəm daşıyırdı. 56 kq çəki dərəcəsində Məhəmməd Qurbanov rəqibini məğlub edərək, reytinqdə 1-ci sıradakı mövqeyini möhkəmləndirib. Heybətulla Hacəliyev isə bu qələbədən sonra reytinqdə 2-ci pilləyə yüksəlib. Abdulqadir Abdullayev bu dəfə də rinqi nokautla qələbə qaznaraq tərk edib. Bu dəfə boksçumuzun zərbələri qarşısında estoniyalı Rain Karlson davam gətirə bilməyib.

 

“Baku Fires” növbəti görüşünü aprelin 11-də Quba Olimpiya Kompleksində USA “Knockouts” klubuna qarşı keçirəcək.

 

Turnir cədvəli

1. “Astana Arlans” – 33, (döyüşlərin fərqi 46-9)

2. “Baku Fires” – 23, (35-20)

3. “İtalia Thunder” – 20, (32-22)

4. USA Knockouts – 18, (26-29)

5. Puerto Rico Hurricanes – 18, (25-30)

6. Caciques Venezuela – 17, (23-32)

7. “Rafako Hussars Poland” – 12, (21-34)

8. “Argentina Condors” – 3, (11-43)