08:25 30-03-2015
news_image
1796
DÖYÜŞ NÖVLƏRİ

Cüdoçularımız Qran-Pridən 2 qızıl medalla qayıdır

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 12 idmançı ilə yollanan Azərbaycan millisi 3 medal qazanıb.

 

Cüdoçularımızdan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) bütün rəqiblərini məğlub edərək, turniri çempion kimi başa vurublar. Onlar kimi Orxan Səfərov (60 kq) finala yüksəlsə də, həlledici görüşdə məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, yığmamız komanda hesabında 67 ölkə arasında yalnız Hollandiyadan geri qalıb.