16:52 30-03-2015
news_image
2055
TOP OYUNLARI

"Azərreyl"dən əzmkar qələbə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında autsayderlər – “Telekom”la “Azərreyl” üz-üzə gəliblər.

 

Görüş pley-offa vəsiqəni təmin etdiyindən “dəmiryolçular” üçün formal xarakter daşısa da, onlar əzmkar qələbə qazanıblar.

 

Belə ki, ilk 2 setdə “Telekom” rəqibinə çətin anlar yaşadaraq, 2:0 hesabı ilə önə keçib. Ardınca “Azərreyl” təşəbbüsü ələ alıb və 3:2 hesablı qələbəyə sevinib.

 

Beləliklə, hər 2 komanda çempionatın əsas mərhələsində oyunlarını başa vurub. “Azərreyl” medallar uğrunda mübarizəni davam etdirəcəyi halda, gənclərdən qurulan “Telekom” Super Liqa ilə vidalaşıb.

 

XX tur

30 mart

“Telekom” – “Azərreyl” - 2:3 (25:18; 25:21; 18:25; 23:25; 10:15)

Voleybol Mərkəzi

 

I dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (20:25; 25:27; 25:23; 25:18; 11:15)

II dövrə: “Telekom” – “Azərreyl” - 2:3 (20:25; 25:19; 25:22, 18:25; 11:15)

III dövrə: “Azərreyl” – “Telekom” - 3:1 (20:25; 27:25; 25:20; 25:23)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

15

13

2

9

3

1

1

1

0

42-11

1272-1034

39

2.

Lokomotiv

15

11

4

5

4

2

1

1

2

36-20

1274-1226

32

3.

Azəryol

16

10

6

6

3

1

3

2

1

38-23

1378-1253

32

4.

Azərreyl

16

4

12

0

1

2

2

3

8

17-44

1201-1392

10

5.

Telekom

16

1

15

0

0

1

2

4

9

11-47

1132-1388

4